Pinqvinlərə “superqəhrəman kostyumu”  geyindirdilər — səbəbi çox ciddidir
08 sentyabr 2026 05:52 (UTC +04:00)

Pinqvinlərə “superqəhrəman kostyumu” geyindirdilər — səbəbi çox ciddidir

0

 

Balıqçı torlarına dolaşaraq yaralanan pinqvinlərin əməliyyatdan sonra daha sürətli sağalması üçün onlara xüsusi mis tərkibli qoruyucu geyimlər geyindirilib.

Lent.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Qeyri-adi geyim ilk baxışda kiçik superqəhrəman kostyumuna bənzəyir. Lakin onun konkret tibbi məqsədi var.

Xüsusi geyim yaraların qorunmasına və əməliyyatdan sonrakı bərpa prosesinin yaxşılaşdırılmasına kömək etmək üçün hazırlanıb. Pinqvinlərin bu geyimdə çəkilən fotoları Reuters-in həftənin ən qeyri-adi görüntüləri sırasında yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 170

Oxşar yazılar