Antuan Qrizmann indiyə qədər ən çətin oyunlarından birini - Böyük Futbol Liqasında “San-Dieqo”ya qarşı keçirib. Oyun Florida ştatının Orlando şəhərində, həddindən artıq isti və rütubətli şəraitdə baş tutub.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, temperatur 29-30°C ətrafında olub və yüksək rütubət (təxminən 74-80%) istini daha da şiddətləndiririb.
İlk hissədə su fasiləsi zamanı Qrizmannı izləmək ağrılı olub. Fransız ağır-ağır nəfəs alıb və son dərəcə yorğun görünüb. Tibbi heyət ona yaş dəsmal verib, o, dəsmalı başına qoyub və boynuna buz bağlayıb. Onun vəziyyətinin görüntüləri tez bir zamanda sosial mediada yayılıb.
Zəif fiziki vəziyyətinə baxmayaraq, Qrizmann oyunun yeganə qolunu vurub. Bu, Qrizmannın səkkiz MLS oyununda vurduğu beşinci qoldur.