Şərurda "Jiquli" "Mercedes"lə TOQQUŞDU: Yeniyetmə öldü
22 iyun 2024 11:47 (UTC +04:00)

Şərurda "Jiquli" "Mercedes"lə TOQQUŞDU: Yeniyetmə öldü

Şərur rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, yeniyetmə ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Yuxarı Aralıq kəndində baş verib.

"VAZ 2106" markalı avtomobillə "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində Yuxarı Aralıq kənd sakini, 17 ayşlı Hüseynov Nihat Razi oğlu ölüb.

"VAZ 2106" markalı avtomobildə olan digər iki nəfər - Şərur rayon Vərməziyar kənd sakini, 19 yaşlı Əsquliyev Səbuhi Niyaz oğlu və Yuxarı Aralıq kənd sakini, 17 yaşlı Əliyev Rza Elşən oğlu yaralanıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta ağırdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1833
avatar

Oxşar yazılar