Sevgililərinin tabutu üstündə dalaşan  qadınlar -  VİDEO
13 aprel 2026 14:18 (UTC +04:00)

Sevgililərinin tabutu üstündə dalaşan qadınlar - VİDEO

0

Meksikanın Veracruz şəhərində baş verən hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub. Dəfn mərasimi zamanı iki qadının tabut başında dava etməsi sensasiyaya çevrilib.

Lent.az xarici medaya istinadla xəbər verir ki, qalmaqal mərasim zamanı qəfil başlayıb.

Qadınlardan biri tabutun yanında dayanaraq sakit səslə “Sevgilim, sənin üçün çox darıxacağam” dedikdə, digər qadın bunu eşidib. Məhz bu an emosiyalar nəzarətdən çıxıb və tərəflər arasında mübahisə qısa zamanda fiziki qarşıdurmaya çevrilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə qadınların tabutun yanında bir-biri ilə dalaşdığı açıq şəkildə görünür. Onlar hətta dava zamanı bir buket zanbaq üstündə mübarizə aparırlar.

Hadisə şahidləri onları ayırmağa çalışsa da, qadınlar ətrafdakıları nəzərə almadan mübahisəni davam etdiriblər. Dava o həddə çatıb ki, az qala tabutun qapağı yerindən tərpənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 448

Oxşar yazılar