Sumqayıtda evdən külli miqdarda narkotik tapıldı
16 sentyabr 2023 14:20 (UTC +04:00)

Sumqayıtda evdən külli miqdarda narkotik tapıldı

Sumqayıtda evdən narkotik maddələr tapılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Emin Qarayevin evinə baxış keçirilib.

Bu zaman oradan 204 qramdan artıq heroin, 71 ədəd metadon həbi, tiryək, metamfetamin və elektron tərəzi aşkar olunaraq götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2082

Oxşar yazılar