Sumqayıtda GÜCLÜ YANĞIN:   33 nəfər tüstüdən zəhərləndi - YENİLƏNİB
21 iyul 2025 11:15 (UTC +04:00)

Sumqayıtda GÜCLÜ YANĞIN: 33 nəfər tüstüdən zəhərləndi - YENİLƏNİB

Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yaşayış binasında yanğın baş verib və 7-si uşaq olmaqla 22 nəfər bina sakini təxliyə edilib.

TƏBİB-dən Lent.az-a bildirilib ki, iyulun 20-si saat 23:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yaşayış binasında baş verən yanğınla əlaqədar çağırış daxil olub.

Çağırış ünvanına 6 təcili tibbi yardım briqadası cəlb olunub. 23 nəfərə dəm qazının toksiki təsiri, arterial təzyiqin yüksəlməsi və stresə qarşı kəskin reaksiya diaqnozları ilə yerində tibbi xidmət göstərilib.

Təcili tibbi yardım xidməti tərəfindən 8, ailə üzvləri tərəfindən isə 2 nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdindəki tibb müəssisələrinə hospitalizasiya olunub.

Tüstüdən zəhərlənmə diaqnozu təyin edilən 7 nəfərə (3 qadın cinsli, 4 kişi cinsli) Təcili Tibbi Yardım Xəstəxanasında, 3 nəfərə isə (2 qadın cinsli, 1 kişi cinsli) Uşaq Xəstəxanasında zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

saat 09:01

Sumqayıtda baş verən yanğında 17 nəfər tüstüdən zəhərlənib. 

Lent.az xəbər verir ki, yanğın nəticəsində həmin binada yaşayanlar - 1960-cı il təvəllüdlü Solmaz Fərzalı qızı İsmayılova, 1973-cü il təvəllüdlü Yeganə Alməmməd qızı Zamanova, 1959-cu il təvəllüdlü Taleh Məmməd oğlu Mikayılov, 2002-ci il təvəllüdlü Fidan Ədalət qızı Süleymanlı, 2024-cü il təvəllüdlü Emin Elmir oğlu Süleymanlı, 2009-cu il təvəllüdlü Türkan Elşən qızı Süleymanlı, 2024-cü il təvəllüdlü Sofiya Elçin qızı Zamanlı, 1983-cü il təvəllüdlü Gülnar Vaqif qızı Yaqubova, 1994-cü il təvəllüdlü Zaur Cavanşir oğlu Həmidov, 1994-cü il təvəllüdlü Məhərrəm Məharət oğlu Məhərrəmli, 1988-ci il təvəllüdlü İlahə Mirvəzir qızı Vəliyeva, 1994-cü il təvəllüdlü Cəbrayıl Namiq oğlu Cəbrayılov və vətəndaşların evdən çıxarılmasına kömək edən polis nəfərləri - 1995-ci il təvəllüdlü Eyvaz Əlövsət oğlu Nəsibli, 1999-cu il təvəllüdlü Həşim Ümüd oğlu Mahmudov, 1997-ci il təvəllüdlü Valeh Etibar oğlu Əsədov, 1989-cu il təvəllüdlü Zaur Məzahir oğlu Yarıyev və 1999-cu il təvəllüdlü Riad Ruslan oğlu Xancanov tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu haqda Lent.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 7-si uşaq olmaqla 22 nəfər bina sakini təxliyə edilib.

Yanğın nəticəsində ümumi sahəsi 80kv.m. olan ikiotaqlı mənzilin yanar kostruksiyaları 40 kv.m. sahədə yanıb.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

***

23:50

Sumqayıtın 6-cı mikrorayon ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Lent.az xəbər verir ki, hadisə zamanı binada yaşayan sakinlər arasında tüstüdən zəhərlənənlərin olduğu bildirilir.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hadisə yerinə dərhal yanğınsöndürən briqadaları cəlb olunub və yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Mənzillərdə qalan sakinlərin oradan çıxarılması ilə bağlı da işlər görülür.

Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

Sumqayıtın 6-cı mikrorayon ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

APA xəbər verir ki, hadisə zamanı binada yaşayan sakinlər arasında tüstüdən zəhərlənənlərin olduğu bildirilir.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hadisə yerinə dərhal yanğınsöndürən briqadaları cəlb olunub və yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Mənzillərdə qalan sakinlərin oradan çıxarılması ilə bağlı da işlər görülür.

Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2104

Oxşar yazılar