Sumqayıtda restorana  gətirdiyi qızın   başına oyun açdı
05 iyul 2022 17:51 (UTC +04:00)

Sumqayıtda restorana gətirdiyi qızın başına oyun açdı

Sumqayıtda restorana gələn gənc qız qarət olunub.

Lent.az xəbər verir ki, hadisə şəhər ərazisindəki restoranların birində qeydə alınıb. İaşə obyektinə bir qızla gələn oğlan onu məyus edib. Oğlan qızın telefonunu zəng etmək adı ilə alaraq, obyekti tərk edib. Bir müddət keçsə də, o, geri qayıtmayıb.

Hətta personal həmin müştərilərin sifarişlərini də gətiriblərmiş. Ancaq onlar sifarişlərə toxunmayıblar.

Məlumata görə, restoran rəhbərliyi məyus olan qızdan sifarişlərin hesabını tələb etməyib.

# 3297
avatar

Mehman Nəbiyev

Oxşar yazılar