Sürücü "Mercedes"in altında qaldı
19 may 2021 15:48 (UTC +04:00)

Sürücü "Mercedes"in altında qaldı

Şirvan şəhərində avtomobil təmiri zamanı qəza olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, şəhər sakini, 31 yaşlı Şahin Zamiq oğlu Əliyev icarəyə götürdüyü “Mercedes” markalı avtomobil təmir edilərkən avtomobil onun üzərinə düşüb.

Avtomobilin altında qalan sürücü ağır travmalarla (çanağın çoxsaylı sınıqları, daxili orqanların əzilməsi) Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Həkimlər sürücünün vəziyyətini ağır qiymətləndirir.

# 1461
avatar

Oxşar yazılar