Taksi sürücüsünü öldürüb qaçan şəxsə 17 il, 8 ay iş verildi
08 dekabr 2025 22:18 (UTC +04:00)

Taksi sürücüsünü öldürüb qaçan şəxsə 17 il, 8 ay iş verildi

0

Türkiyənin İzmir vilayətində taksi sürücüsü Oğuz Ergenin öldürülməsi ilə bağlı işdə məhkəmə qərarını açıqlayıb.

Lent.az xəbər verir ki, cinayəti törədən Delil Aysal 17 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Delil Aysal 1 fevral 2023-cü ildə maska taxaraq taksiyə minib və bir neçə ünvan gəzdikdən sonra pul verirmiş kimi davranaraq sürücünü güllələyib. Daha sonra o sürücünün telefonunu və qulaqlığını götürərək qaçıb.

70 təhlükəsizlik kamerasından götürülmüş videogörüntülərin 110 saat araşdırılmasından sonra cinayətkar polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar