Talış dağlarında yanğın başladı  - YENİLƏNİB
25 avqust 2022 17:39 (UTC +04:00)

Talış dağlarında yanğın başladı - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, yanğınla mübarizə tədbirlərinə əlavə olaraq FHN-in Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

saat 16:15

Masallıda yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayonun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3804
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Qubada yük avtomobili piyadanı vurdu

Qubada yük avtomobili piyadanı vurdu

19 yanvar 2025 , 21:05
Cəlilabadda ZƏNCİRVARİ QƏZA:  Xəsarət alan var

Cəlilabadda ZƏNCİRVARİ QƏZA: Xəsarət alan var

19 yanvar 2025 , 20:06
Biləsuvarda avtomobil kanala aşdı

Biləsuvarda avtomobil kanala aşdı

19 yanvar 2025 , 18:11
Mikroavtobusun vurduğu piyada öldü

Mikroavtobusun vurduğu piyada öldü

19 yanvar 2025 , 17:16
Əkiz bacılar qəzaya düşdü

Əkiz bacılar qəzaya düşdü

19 yanvar 2025 , 16:57
Sumqayıtda evdə yanğın söndürüldü - VİDEO -YENİLƏNİB

Sumqayıtda evdə yanğın söndürüldü - VİDEO-YENİLƏNİB

19 yanvar 2025 , 15:04
Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi - VİDEO

Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi - VİDEO

19 yanvar 2025 , 13:19
Şirvan sakini qonşusunu bıçaqladı

Şirvan sakini qonşusunu bıçaqladı

19 yanvar 2025 , 12:25