Tələbələrdən rüşvət alan professor  saxlanıldı
16 oktyabr 2025 18:19 (UTC +04:00)

Tələbələrdən rüşvət alan professor saxlanıldı

0

Rusiyanın Krasnoyarsk şəhərində hüquq-mühafizə orqanları üç ali məktəbdə dərs deyən müəllimi rüşvət almaqda şübhəli bilərək saxlayıblar.

Lent.az yerli mediaya istinadla bildirir ki, professor rüşvət aldığı dövrdə Krasnoyarsk Dövlət Aqrar Universitetində çalışıb.

İstintaqın versiyasına əsasən, 2022 və 2023-cü illərin dekabr aylarında müəllim attestasiya komissiyasının üzvü kimi kafedranın assistentindən tələbələrin yekun attestasiyaya buraxılmasını təmin etmək üçün rüşvət alıb.

Saxlanıldığı vaxt həmin şəxs Sibir Federal Universitetində və Rusiya DİN-in Sibir Hüquq İnstitutunda çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar