Tələbəni aparan “Vito” qəzaya düşdü: xəsarət alan var
25 may 2022 08:36 (UTC +04:00)

Tələbəni aparan “Vito” qəzaya düşdü: xəsarət alan var

Qaxda baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb.

Lent.az-ın məlumatına görə,  hadisə mayın 25-i gecə saat 01 radələrində Qax-Zaqatala avtomobil yolunun Qax rayonu Ləkit kəndi ərazisindən keçən hissəsində baş verib.  

Bakıdan Zaqatala istiqamətində hərəkət edən "Vito" markalı sərnişin daşıyan avtomobil qəzaya düşüb. Qəza zamanı avtomobilin sürücüsü yüngül xəsarət alsa da, maşında olan sərnişin Zaqatala rayonu Yuxarı Tala kənd sakini 2001-ci il təvəllüdlü Safiya Aydın qızı Şabanlı aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. S. Şabanlıya Qax RMX-da ilkin yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. S. Şabanlınin müayinə və müalicəsi hazırda Zaqatala RMX-nin reanimasiya şöbəsində aparılır, vəziyyəti orta ağır qiymətləndirilir. 

Qeyd edək ki, qəzada xəsarət alan S.Şabanlı tələbədir. O imtahandan qayıdırmış. 

Faktla bağlı araşdırma aparılır.
 

# 3105
avatar

Oxşar yazılar

Metroda sərnişin  qatar yoluna   düşdü, vəziyyəti...

Metroda sərnişin qatar yoluna düşdü, vəziyyəti...

19 aprel 2024 , 22:21
“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11