Təqaüdçüləri aldadıb pullarını ələ keçirdi - VİDEO
08 dekabr 2022 19:09 (UTC +04:00)

Təqaüdçüləri aldadıb pullarını ələ keçirdi - VİDEO

Bakıda təqaüdçüləri aldadan şəxs onların pullarını mənimsəyib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayonunda naməlum şəxs bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan pulu ələ keçirib. Kart sahibi Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan 1 nəfərə müraciət edib. Həmin şəxs kartı bankomata daxil edəndən sonra hesabda pul olmadığını deyib. Kart sahibi ərazidən uzaqlaşandan sonra o, bankomatdan çıxan pulu götürərək hadisə yerindən yayınıb. Eyni məzmunlu şikayətlə Binəqədi rayon sakini olan daha 3 nəfər polisə müraciət edib. Onlar da kartlarından müxtəlif məbləğlərdə pulların qeyd edilən üsulla ələ keçirildiyini bildiriblər.

Bölmə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Fizuli Nəcəfov saxlanılıb. Saxlanılan şəxs əsasən ondan kömək istəyən yaşlı şəxslərin pensiya kartlarında olan pul vəsaitlərini ələ keçirib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir. Fizuli Nəcəfovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis orqanlarına, “102” Xidməti Zəng Mərkəzinə və DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

# 1200
avatar

Oxşar yazılar

Azərbaycanda idarə əməkdaşı QƏZADA ÖLDÜ  - FOTO

Azərbaycanda idarə əməkdaşı QƏZADA ÖLDÜ - FOTO

4 fevral 2023 , 23:21
Ötən il  Kürdə batan   sakinin meyit tapıldı - FOTO

Ötən il Kürdə batan sakinin meyit tapıldı - FOTO

4 fevral 2023 , 21:31
Azərbaycanda məktəbdə  QƏRİBƏ OLAY:   Pəncərə  şüşələri sındırlıdı

Azərbaycanda məktəbdə QƏRİBƏ OLAY: Pəncərə şüşələri sındırlıdı

4 fevral 2023 , 21:16
 Azyaşlı qızlarla evlənən   2 mindən çox kişi tutuldu

Azyaşlı qızlarla evlənən 2 mindən çox kişi tutuldu

4 fevral 2023 , 19:07
Qadının içərisində pul olan çantasını əlindən aldı

Qadının içərisində pul olan çantasını əlindən aldı

4 fevral 2023 , 18:47
Bu rayon sakinlərindən 20 odlu silah götürülüb

Bu rayon sakinlərindən 20 odlu silah götürülüb

4 fevral 2023 , 18:19
Füzulidə kütləvi məzarlıq olduğu ehtimal olunan ərazidə minalar aşkarlandı

Füzulidə kütləvi məzarlıq olduğu ehtimal olunan ərazidə minalar aşkarlandı

4 fevral 2023 , 17:44
Novxanıda evin həyətindən kişi meyiti tapıldı

Novxanıda evin həyətindən kişi meyiti tapıldı

4 fevral 2023 , 17:35