Təranə Səmədovanın əri şantaja görə tutuldu - FOTO  - YENİLƏNİB
06 dekabr 2022 15:15 (UTC +04:00)

Təranə Səmədovanın əri şantaja görə tutuldu - FOTO - YENİLƏNİB

“İnstagram” sosial şəbəkəsində tanış olduğu şəxs barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib pul tələb etdiyi üçün saxlanılan Rasim Həsənovla maraqlı fakt məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, polis tərəfindən tutulan R. Həsənov prodüser Təranə Səmədovanın həyat yoldaşıdır.

T.Səmədova ərinin həbsinə belə reaksiya verib: 

***

saat 13:48

Bakıda şantaj və soyğunçuluq cinayətləri baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xətai və Yasamal rayonlarında ayrı-ayrı şəxslərə qarşı soyğunçuluq edən şəxs saxlanılıb. Xətai rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayətləri törətməkdə şübhəli bilinən Mehdi Abaszadə tutulub. Onun paytaxt ərazisində iki nəfərin 750 və 580 manat pulunu ələ keçirdiyi müəyyən edilib. Araşdırma zamanı Mehdi Abaszadənin paytaxtın digər ərazilərdə də analoji cinayətlər etdiyi məlum olub.

Xətai rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat nəticəsində isə “İnstagram” sosial şəbəkəsində tanış olduğu şəxsi daha sonra barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb edən Rasim Həsənov saxlanılıb. Onun müxtəlif vaxtlarda zərərçəkəndən metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında 1100 dollar aldığı müəyyən edilib.

Mehdi Abaszadə və Rasim Həsənov barəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Xətai rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7439

Oxşar yazılar

Bakıda avtomobilin vurub öldürdüyü  şəxsin adı bilindi - HADİSƏ ANI

Bakıda avtomobilin vurub öldürdüyü şəxsin adı bilindi - HADİSƏ ANI

21 iyun 2025 , 09:24
Azərbaycanda jurnalist vəfat etdi

Azərbaycanda jurnalist vəfat etdi

21 iyun 2025 , 09:11
Gəncədə iki nəfər  qidadan zəhərləndi

Gəncədə iki nəfər qidadan zəhərləndi

20 iyun 2025 , 23:59
Gənc oğlan Araz çayında  batdı   -  YENİLƏNİB

Gənc oğlan Araz çayında batdı - YENİLƏNİB

20 iyun 2025 , 19:41
Füzulidə kişi evinin həyətində ölü tapıldı

Füzulidə kişi evinin həyətində ölü tapıldı

20 iyun 2025 , 19:33
Özünə qəbir qazdırdı, 1 gün sonra öldü

Özünə qəbir qazdırdı, 1 gün sonra öldü

20 iyun 2025 , 18:17
Polis polkovniki həbs olundu

Polis polkovniki həbs olundu

20 iyun 2025 , 17:48
Məhkəmədən Hacı Vəliyevlə bağlı YENİ QƏRAR

Məhkəmədən Hacı Vəliyevlə bağlı YENİ QƏRAR

20 iyun 2025 , 17:40