Tərtərdə maşını betona çırpan sürücü öldü
09 fevral 2023 10:29 (UTC +04:00)

Tərtərdə maşını betona çırpan sürücü öldü

Tərtərdə ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Hüsənli kəndində baş verib. 39 yaşlı Hətəmov Tahir Əvəz oğlu sürücülük hüququ olmadan idarə etdiyi "VAZ-2106" markalı avtomobili beton dirəyə çırpıb.

Ağdam rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən T. Hətəmov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

# 1425
avatar

Mehman Nəbiyev

Oxşar yazılar