Təyyarə hava boşluğuna düşdü, 70-dən çox yaralı və ölən var
21 may 2024 22:39 (UTC +04:00)

Təyyarə hava boşluğuna düşdü, 70-dən çox yaralı və ölən var

Sinqapur Hava Yollarına məxsus təyyarə güclü hava boşluğuna (türbülans) düşüb, ölən və xəsarət alanlar var.

Lent.az BBC-yə istinadən xəbər verir ki, hadisə nəticəsində Londondan Sinqapura uçan təyyarədə bir sərnişin ölüb, 70-dan çox sərnişin yaralanıb.

Onlardan altısının vəziyyəti ağır qiymətləndirilir.

Bildirilib ki, Sinqapura uçan Boeing 777-300ER Banqkoka yönləndirilib və yerli saatla 15:45-də eniş edib.

Aviaşirkətdən verilən məlumata görə, təyyarədə ümumilikdə 211 sərnişin və 18 ekipaj üzvü olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2688
avatar

Oxşar yazılar