“Topaz”da DƏLƏDUZLUQ:   20 min manatını aldılar
23 iyun 2022 14:12 (UTC +04:00)

“Topaz”da DƏLƏDUZLUQ: 20 min manatını aldılar

“Topaz”ın kassiri külli miqdarda dələduzluqda ittiham olunur.

Lent.az-ın əldə etdiyi məlumata görə, “Topaz”ın Gəncədə yerləşən məntəqələrindən birinin rəhbəri, Gəncə şəhər sakini Şaiq Hacıyev polisə müraciət edərək, işçisi Rəşad Cəfərov tərəfindən dələduzluğa məruz qaldığını bildirib. O iddia edir ki, kassir vəzifəsində çalışan Rəşad Cəfərov məntəqəni aldadaraq kassanın 20 min manatdan çox pulunu mənimsəyib.

Daxil olan şikayət əsasında araşdırmalara başlanılıb.

# 8307
avatar

Oxşar yazılar