Zimbabveli tanınmış iş adamı Uiknell Çivayo və həyat yoldaşı Lyusi Muteke ölkənin mərkəzi hissəsində baş verən helikopter qəzasında həlak olublar.
Lent.az-ın xəbərinə görə, BBC News yerli hakimiyyət orqanlarına istinadən bildirir ki, helikopterin göyərtəsində altı nəfər olub və heç kim sağ qalmayıb.
Helikopter yerli vaxtla saat 17 radələrində paytaxt Hararedən təxminən 70 kilometr şərqdə yerləşən Marodera rayonunda qəzaya uğrayıb. Hakimiyyət orqanlarının məlumatına görə, göyərtədə iki pilot və dörd sərnişin olub.

Çivayo ailəsi 43 yaşlı iş adamının və həyat yoldaşının ölümünü təsdiqləyib. Məlumata görə, cütlük Çikombradan qayıdıb və orada bağ evi tikirmişlər. Helikopter havaya qalxdıqdan təxminən 40 dəqiqə sonra qəzaya uğrayıb.
Qəzanın səbəbi hələ ki məlum deyil. Aviasiya orqanları hadisə yerinə gələrək araşdırmaya başlayıblar. Onlar uçuş qeyd cihazını tapıblar. İlkin məlumatlara görə, zərbə nəticəsində yanacaq sızması və ardınca yanğın baş verib.
Çivayo Zimbabvenin ən tanınmış iş adamlarından biri idi. O, "Intrak Zimbabwe" tikinti şirkətinə rəhbərlik edib və böyük dövlət müqavilələri, xeyriyyəçilik və nümayişkaranə həyat tərzi ilə məşhurlaşıb. Sosial mediada o, tez-tez bahalı avtomobillərin şəkillərini paylaşır və musiqiçilərə, din xadimlərinə və digər ictimai xadimlərə hədiyyələr haqqında danışıb.
Tez-tez "ser Uiknell" kimi tanınan iş adamı bir sıra Afrika siyasətçiləri ilə münasibətlərini qoruyub saxlayıb.