Türkiyədə saxta "pul kəsən"  azərbaycanlı qadın   saxlanıldı
30 sentyabr 2021 17:31 (UTC +04:00)

Türkiyədə saxta "pul kəsən" azərbaycanlı qadın saxlanıldı

0

Ankara Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxta pulların dövriyyəsi ilə məşğul olan qrup saxlanılıb.

Lent.az yerli mətbuata istinadən bildirir ki, əməliyyat zamanı saxlanılan 96 nəfərdən 63-ü ifadə verərək sərbəst buraxılıb, 33 nəfərin işi isə məhkəməyə göndərilib.

Qrup üzvlərinin xarici ölkələr üzrə təmsilçiləri arasında azərbaycanlı Elmira A. da var. O, sentyabrın 30-da bir çanta saxta dollarla birgə Türkiyəni tərk etmək istəyərkən “Sabiha Gökçen” adına hava limanında saxlanılıb.

Əməliyyat zamanı məlum olub ki, qrup dövriyyəyə 5 milyon saxta lirə buraxıb.  Qrup rəhbəri isə 4 gün öncə saxta içkidən zəhərlənərək vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4383

Oxşar yazılar