Ucarda bacıoğlu dayısının mağazasını yandırdı
18 mart 2025 01:52 (UTC +04:00)

Ucarda bacıoğlu dayısının mağazasını yandırdı

Ucarda bacıoğlu dayısının mağazasını yandırıb.

Lent.az-ın xəbərinə görə, hadisə rayonun Alpout kəndində  baş verib.

Belə ki, kənd sakini,1965- ci il təvəllüdlü Musa Qalib oğlu Əhmədova məxsus, ümumi sahəsi 500 kvadratmetr olan ərzaq mağazasında güclü yanğın baş verib. Hadisə zamanı tikilinin 440 kvadratmetri əşyaları ilə birlikdə  yanıb. Mağazanın sahibinin sözlərinə görə, bir neçə firmaya məxsus 17 soyuducu və ərzaq məhsulları yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə yerinə FHN- nın Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində mağazanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

M. Əhmədovun bacısı oğlu, 1978- ci il təvəllüdlü İlham Abbas oğlu Həsənov mağazanı qəsdən yandırdığını etiraf edib. O, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1323

Oxşar yazılar

Bakıda hasar aşdı, qadını əzib öldürdü

Bakıda hasar aşdı, qadını əzib öldürdü

19 aprel 2025 , 19:29
Sumqayıtda su sayğaclarını  oğurlayan qadınlar tutuldu

Sumqayıtda su sayğaclarını oğurlayan qadınlar tutuldu

19 aprel 2025 , 18:52
Tiktokerlər Nuh və "Xan"ın da həbs müddətləri uzadıldı - YENİLƏNİB

Tiktokerlər Nuh və "Xan"ın da həbs müddətləri uzadıldı - YENİLƏNİB

19 aprel 2025 , 18:30
Bakıda anbardan 50 kisə duz  oğurlandı

Bakıda anbardan 50 kisə duz oğurlandı

19 aprel 2025 , 17:38
Qazaxda bir ailənin 4 üzvü qazdan zəhərləndi

Qazaxda bir ailənin 4 üzvü qazdan zəhərləndi

19 aprel 2025 , 17:02
Azərbaycanda zəlzələ   oldu

Azərbaycanda zəlzələ oldu

19 aprel 2025 , 16:53
Bulvarda dənizdən meyit tapıldı

Bulvarda dənizdən meyit tapıldı

19 aprel 2025 , 15:26
Azərbaycanda bir günə 18 dələduz  saxlanıldı

Azərbaycanda bir günə 18 dələduz saxlanıldı

19 aprel 2025 , 15:22