Universitetin əməkdaşı qadın həmkarını girov götürdü
26 noyabr 2025 13:55 (UTC +04:00)

Universitetin əməkdaşı qadın həmkarını girov götürdü

0

Türkiyənin Gümüşhane Universitetinin kampusundakı Mühəndislik və Təbii Elmlər Fakültəsində silahlı insident yaşanıb.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, fakültədə çalışan və əvvəllər xüsusi serjant olduğu bildirilən H.T., hələlik naməlum səbəbdən eyni fakültədə işləyən qadın əməkdaş D.B.-ni tapança ilə girov götürüb.

Universitet binasının ətrafı tam boşaldılıb, təhlükəsizlik məqsədilə binaların damına snayperlər yerləşdirilib. Kampus və fakültənin giriş-çıxışları nəzarətə götürülüb. Məlumata görə, hazırda polislər H.T.-ni təslim olmağa razı salmaq üçün intensiv danışıqlar aparırlar. Girov götürülən qadının vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 130

Oxşar yazılar