Uşaqları ilə özünü 4-cü mərtəbədən atan anadan YENİ XƏBƏR
30 yanvar 2021 12:22 (UTC +04:00)

Uşaqları ilə özünü 4-cü mərtəbədən atan anadan YENİ XƏBƏR

Yasamal rayon Məhkəməsində iki uşağı ilə birlikdə özünü 4-cü mərtəbədən atararaq intihara cəhd edən 1991-ci il təvəllüdlü Nigar Cəfərova barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

APA-ya verilən məlumata görə keçirilən prosesdə təqdimat təmin edilib.

Qərara əsasən, N. Cəfərova barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ötən il dekabrın 20-də Yasamal rayonunda Nigar Cəfərova azyaşlı övladları 2017-ci il təvəllüdlü Hüseyn Cəfərov və 2019-cu il təvəllüdlü Oktay Cəfərovu yaşadıqları binanın 4-cü mərtəbəsində olan mənzilin yataq otağındakı pəncərədən qısa zaman ardıcıllığı ilə yerə atıb, daha sonra isə özünü də həmin yerdən atıb.

Nigar Cəfərova və övladları hadisə yerinə gələn şəxslər tərəfindən xəstəxanaya aparılaraq həkimlərin müdaxiləsi nəticəsində sağ qalıblar.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3720

Oxşar yazılar

İki yaşlı oğlan  anasını öldürdü   -  VİDEO

İki yaşlı oğlan anasını öldürdü - VİDEO

16 iyun 2025 , 16:18
Gəncədə hamamda  PARTLAYIŞ: qadın yandı

Gəncədə hamamda PARTLAYIŞ: qadın yandı

16 iyun 2025 , 15:48
Bakıda FACİƏ : 4 yaşlı qız 8-ci mərtəbədən yıxılıb öldü

Bakıda FACİƏ: 4 yaşlı qız 8-ci mərtəbədən yıxılıb öldü

16 iyun 2025 , 14:26
Bakıda yeniyetmə dənizdə batdı

Bakıda yeniyetmə dənizdə batdı

16 iyun 2025 , 12:17
Xaçmazda evdən meyit  tapıldı

Xaçmazda evdən meyit tapıldı

16 iyun 2025 , 11:49
Oğuz-Qəbələ-Bakı su kəmərində qəza:  Bakı susuz qalacaq?

Oğuz-Qəbələ-Bakı su kəmərində qəza: Bakı susuz qalacaq?

16 iyun 2025 , 11:33
Qəbələdə DƏHŞƏT:   həmkəndlisini dəhrə ilə öldürdü

Qəbələdə DƏHŞƏT: həmkəndlisini dəhrə ilə öldürdü

16 iyun 2025 , 09:34
Mikroavtobusla yük avtomobili toqquşdu - 3 yaralı

Mikroavtobusla yük avtomobili toqquşdu - 3 yaralı

16 iyun 2025 , 02:54