Vətəndaşların bank kartlarından  15 min manatdan çox pul oğurlandı
19 may 2025 09:49 (UTC +04:00)

Vətəndaşların bank kartlarından 15 min manatdan çox pul oğurlandı

Həftəsonu 15 min 770 manat vəsait vətəndaşların bank kartlarından oğurlanıb.

Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır.

Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 17-də və 18-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 9800, 1586, 1012, 999, 850, 790, 210, 200, 170, 73, 40, 40 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 276

Oxşar yazılar