Xaçmazda 5 otaqlı ev yandı
10 avqust 2022 05:15 (UTC +04:00)

Xaçmazda 5 otaqlı ev yandı

Xaçmazda beşotaqlı evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayonunun Şollar kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 5 otaq və aynəbənddən ibarət evin dam örtüyünün taxta atmaları 120 m² sahədə, 2-ci mərtəbəsində 1 otaq, taxta konstruksiyalardan ibarət aynabənd və pilləkən qəfəsi 95 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 1437
avatar

Oxşar yazılar