Başqırdıstanın xalq artisti Vildan Yarullin vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə həbs edilib.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, onun barəsində həbs-qətimkan tədbiri mayın 24-də Ufanın rayon məhkəmələrindən birində seçilib. Yarullin iyulun 4-dək həbs edilib.
Məlumata görə, sənətçinin həbsi mayın 26-da bilinib. Cinayət işi ilə bağlı rəsmi məlumat yoxdur, lakin mənbələrə görə, bu, Başqırdıstan Dövlət Qoruğu Şirkətinin fəaliyyəti ilə bağlıdır.
Vildan Yarullin 2019-cu ilin iyun ayından Başqırdıstan Dövlət Qoruğunun rəhbəridir. Respublikanın xalq artisti həmçinin Ufadakı “İremelbashresurs” şirkəti və “Ufa MMC Studio Karavan-Saray”da da paya malikdir.