Xankəndidə kafedə İNSİDENT:  sahibkar müştərinin başını yardı
05 dekabr 2025 17:20 (UTC +04:00)

Xankəndidə kafedə İNSİDENT: sahibkar müştərinin başını yardı

0

Xankəndidə kafedə insident olub.

Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən “Leon Pub” kafesində qeydə alınıb.

İttiham aktına görə, gecə saatlarında iki müştəri Şuşa rayonu Xəlfəli kənd sakini olan 58 yaşlı Şamil Musayevin (ad və soyad şərtidir) icarə əsasında işlətdiyi “Leon Pub”a gəlib. Bir müddət sonra onlar çay gec gəldiyi üçün Şamil Musayevin həmin kafedə xidmətçi kimi işləyən oğlu ilə dalaşaraq, onu vurmağa başlayıblar. Bunu görə Musayev müdaxilə edərək, stolun üzərindəki şüşə qabı onlardan birinin başına çırpıb. Nəticədə müştəri xəsarət alaraq, başından qan axıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb və Şamil Musayev saxlanılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, gecə 00 radələrində kafeni bağlamaq istəyərkən iki müştəri içəri daxil olub:

“Onlara artıq kafeni bağlayırıq desək də, israrla oturub çay sifariş verdilər. Təzədən elektrik cihazlarını işə salıb çay hazırladıq. Bu zaman qonaqlardan biri çayın gec hazır olmasına görə kafedə xidmətçi işləyən oğlumla mübahisə etməyə və hətta vurmağa başladı. Bunu görüb dərhal onlara yaxınlaşdım və müştərini oğlumdan ayıra bilmədiyim üçün masanın üzərindəki şüşə qabı onun başına çırpdım”.

Şamil Musayev əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını deyərək, cinayət işinə xitam verilməsini istəyib.

Zərərçəkən şəxs də məhkəməyə təqdim etdiyi ərizədə təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını deyərək, işə xitam verilməsini xahiş edib.

Xankəndi şəhər Məhkəməsinin qərarı ilə cinayət təqibinə xitam verilib və Şamil Musayev məsuliyyətdən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 402

Oxşar yazılar