Xaricdən gətirilən külli miqdarda dərman ölkəyə buraxılmadı - FOTO
20 iyun 2022 17:42 (UTC +04:00)

Xaricdən gətirilən külli miqdarda dərman ölkəyə buraxılmadı - FOTO

Külli miqdarda dərman preparatlarının qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Rusiyadan "Samur" gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan, həmin ölkə vətəndaşının idarə etdiyi "Renault Magnum” markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Yoxlama zamanı avtomobilin saxlanc yerlərində gömrük nəzarətinə bəyan edilməyən 490 ədəd tablet, 250 kapsul və 13 qutu müxtəlif markalı dərman preparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Gömrükdə tapılan dərmanlar

# 1581
avatar

Mehman Nəbiyev

Oxşar yazılar