1 traktor, 2 avtomobil, 2 yük maşını
19 avqust 2013 09:56 (UTC +04:00)

1 traktor, 2 avtomobil, 2 yük maşını

0

Son sutka ərzində Azərbaycanın müxtəlif yerlərində bir neçə nəqliyyat vasitəsi yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda "KamAZ" markalı  yük avtomobilinin kabinə hissəsi, Şəmkir rayonu, Könüllü kəndində vətəndaşa məxsus olan "Mercedes" markalı  minik avtomobili, Qobustan rayonunda "Shackman" markalı  yük avtomobilinin mühərrik hissəsi, Bakı şəhərinin Nizami rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili və Goranboy rayonu, Təhlə kəndində "TM-28" markalı traktor yanıb.

Hər bir halda yanğının miqyasının artmasının qarşısı alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 646

Oxşar yazılar