Abşeron rayonunda qohumunun evindən külli miqdarda ul oğuirlamış şəxs tutulub. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, avqustun 19-da Saray qəsəbəsində Qabil Ramazanovun evindən 200 min manat pul oğurlamış Ümid Ramazanov müəyyən edilərək saxlanılıb.
Məlumata görə, Ü.Ramazanov əmisi oğlu olan Q.Ramazanovun evində kimsənin olmamasından istifadəedərək evə soxulub. O, evdəki seyfin qapısını amburla sındırıb və 200 min manat götürərək aradan çıxıb. Saxlanılarkən Ü.Ramzanaovun avtomobilindən 119 min 800 manat pul çıxıb.
Aznews.az saytının məlumatına görə, hadisə Saray qəsəbəsi, 20 yanvar küçəsi, ev 9 ünvanında baş verib. RPŞ-nin əməliyyatçılarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində oğrunun Q.Ramazanovun qohumu olduğu üzə çıxıb. Belə ki, ev sahibi Q.Ramazanovun əmisi oğlu olan 1987-ci il təvəllüdlü Ümid Nəsrullah oğlu Ramazanov avqustun 19-da ailənin evdə olmamasından istifadə edərək, evə girib və 200 min manat pulu götürüb. Ümidin əvvəlcədən ailəyə gediş-gəlişi olduğu və bu səbəbdən də pulun harada saxlanıldığını bildiyi üçün oğurluq ona heç bir çətinlik yaratmayıb.
Ü.Ramazanov ifadəsində oğurladığı pulun 80 min manatını artıq xərclədiyini bildirib. O, pulun 10 min manatını elə, oğurluq etdiyi gecə tanımadığı bir qıza oğurlatdırdığını deyib. Onun sözlərinə görə, həmin gecə bara gedən Ümid gecəni burada tanış olduğu qızla keçirib və oyananda otel otağında yalnız və pulsuz olduğunu görüb.
Qeyd edək ki, ev sahibi Qabil Ramazanov Saray qəsəbəsində “Pəhləvanlar” adlı kafe işlədir. Onlar 7 qardaşdırlar və qardaşların hamısı tanınmış pəhləvanlardır.