34 yaşlı kişi 8-ci mərtəbədən yıxılıb öldü
24 may 2014 10:21 (UTC +04:00)

34 yaşlı kişi 8-ci mərtəbədən yıxılıb öldü

0

Bakı şəhərinin Xətai rayonunda dəhşətli hadisə baş verib. Lent.az-ın məlumatına görə, metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında, Məhəmməd Hadi küçəsi, 107 A ünvanındakı çoxmərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılan şəxs hadisə yerindəcə keçinib.

İlkin Araşdırmalar nəticəsində ölən şəxsin Ucar rayon Təzə Şilyan kənd sakini Kərimov Elşad Hacıağa oğlu olması müəyyən edilib. Məlum olub ki, 34 yaşlı kişi həmin binada kirayə yaşayırmış. Onun hansı səbədən yıxılması və ya intihar etməsi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1204

Oxşar yazılar