
Üç nəfərdə külli miqdarda narkotik tapıldı
Daxili işlər orqanalrı sentyabrın 25-də narkotik maddələrlə bağlı 3 fakt aşkar edib.
Lent.az nazirliyin mətbuat xidmətinə istinadla bu faktları təqdim edir.
Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yastıqobu kənd sakini A.Abışova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu, habelə yardımçı təsərrüfatdan 2 kiloqram 260 qram marixuana aşkar edilərək götürülüb.
Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşları Abşeron rayon sakini V.Astanəliyevdən 440 qram marixuana götürüb.
Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları isə Mürsəlli kənd sakini M.İsmayılovun evinə baxış zamanı 410 qram marixuana aşkar ediblər.
Oxşar yazılar

Yekaterinburqda azərbaycanlıların saxlanılmasının əsl səbəbi - YENİ FAKTLAR
15 avqust 2025 , 17:12Narkotik becərmək üçün 4 tunel qazıb - Saatlıdan ŞOK GÖRÜNTÜLƏR
15 avqust 2025 , 14:32
"Öldürülən qardaşımın nəşi indiyədək tapılmayıb" - Ermənilərin məhkəməsi
15 avqust 2025 , 14:14
Rusiya azərbaycanlı hərbçini əsir götürdü
15 avqust 2025 , 13:48
Qadını öz avtomobili əzib öldürdü - Görün necə?
15 avqust 2025 , 13:33Pomidor-xiyarın arasında narkotik əkmişdi, saxlanıldı - VİDEO
15 avqust 2025 , 13:23Azərbaycanda istehsal olunan yüzlərlə "Coca-Cola" küçəyə atıldı
15 avqust 2025 , 12:05