22 yaşlı qız özünü zəhərlədi
21 avqust 2013 09:50 (UTC +04:00)

 22 yaşlı qız özünü zəhərlədi

0

Zaqatalada 22 yaşlı qız dərmandan zəhərlənib.


 

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 20-dən 21-ə keçən gecə rayonun Yuxarı Tala kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədova Gözəl Ziyavəddin qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub.

 

G. Məmmədovaya ilkin yardım edilərək, reanimasiya şöbəsinə yerləşdirilib.

 

Araşdırma zamanı məlum olub ki, G. Məmmədova 30-dan çox həb qəbul edib.

 

Onun həbləri intihar məqsədilə qəbul edib-etmədiyi hüquq-mühafizə orqanlarının araşdırmalarından sonra məlum olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1430

Oxşar yazılar