“Leyla Şıxlinskya hər ay itinin yeməyinə 500 manat xərcləyib” - <span style="color:red;">Vəkil
26 aprel 2018 17:06 (UTC +04:00)

“Leyla Şıxlinskya hər ay itinin yeməyinə 500 manat xərcləyib” - Vəkil

"Leyla Şıxlinskaya" klinikasının böyük məbləğdə mənimsəmədə ittiham olunan işçiləri - keçmiş baş mühasib Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsüyeva, Nigar Rzaquliyeva və Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ekspert Zaur Məmmədov ifadə verib. Ekspert ifadəsində klinikaya aid mühasibatlıq sənədlərini yoxladığını deyib "Təqdim olunan sənədlər "qara mühasibatlıq" sənədləri idi. Sənədlərdə yalnız rəqəmlərlə işlədik, sənədin doğruluğuna istintaq qiymət vermişdi".

Hakim bildirib ki, A. Məmmədov istintaq zamanı sənədlərin mühasibatlıq sənədi olduğunu qeyd edib.

Vəkil qeyd edib ki, həmin sənədlərdə Leyla Şıxlinskayanın itinin yeməyi üçün aylıq 500 manatlıq xərc yazılıb. O, ekspertə sual verərək bunun da mühasibatlıq sənədi olub-olmadığını soruşub, ekspert belə olduğunu deyib.

Müdafiə tərəfi işlə bağlı ekspertiza keçirilməsi üçün vəsatət verib.

Vəsatət təmin edilib. İş ekpertiziyaya göndərilib və proses qeyri-müəyyən günə qədər təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 179 (mənimsəmə) maddələri ilə ittiham verilib.

Keçmiş işçiləri klinikanın rəhbəri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar. Xalq artisti onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır.

Bu iş üzrə istintaqı əvvəlcə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 251

Oxşar yazılar

Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

20 avqust 2025 , 15:47
"Vasmoy" bazarında ÖLÜM

"Vasmoy" bazarında ÖLÜM

20 avqust 2025 , 15:31
Yeni doğduğu körpəsini satdı

Yeni doğduğu körpəsini satdı

20 avqust 2025 , 15:16
Kamran Əliyevdən YENİ TƏYİNATLAR

Kamran Əliyevdən YENİ TƏYİNATLAR

20 avqust 2025 , 14:53
Şabranda kişi kimyəvi məhluldan zəhərlənib öldü

Şabranda kişi kimyəvi məhluldan zəhərlənib öldü

20 avqust 2025 , 13:48
Rüşvət alan 3 polis  həbs olundu

Rüşvət alan 3 polis həbs olundu

20 avqust 2025 , 13:19
Azərbaycanlı qadının çürümüş meyiti  tapıldı

Azərbaycanlı qadının çürümüş meyiti tapıldı

20 avqust 2025 , 12:50
Bu ölkədə azərbaycanlının evlənməsinə icazə verilmədi  - Məhkəməlik oldu

Bu ölkədə azərbaycanlının evlənməsinə icazə verilmədi - Məhkəməlik oldu

20 avqust 2025 , 12:21