“Qarabağ”ın taleyi millimizin darmadağını rəsmiləşdirən baş hakiminin əlində
19 avqust 2013 13:48 (UTC +04:00)

“Qarabağ”ın taleyi millimizin darmadağını rəsmiləşdirən baş hakiminin əlində

0

Futbol üzrə Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Ayntraxt” (Almaniya) matçının baş hakimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ağdamlıların Frankfurt təmsilçisi ilə ilk matçı polşalı Şimon Marçinyaka tapşırılıb.

32 yaşlı FİFA referisi avqustun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada fit çalacaq. Ona kömək edəcək həmyerlilərinin adı hələ dəqiqləşməyib.

Marçinyak ötən il sentyabrın 11-də millimizin Portuqaliya ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçının da baş hakimi olub. Həmin matçda yığmamız 0:3 hesabı ilə uduzub.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” oyunu saat 21:00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1103

Oxşar yazılar