<b>Gəncədə avtomobil vuran piyadaların kimliyi bəlli oldu</b> - <span style="color:red;">YENİLƏNİB
11 noyabr 2016 22:33 (UTC +04:00)

Gəncədə avtomobil vuran piyadaların kimliyi bəlli oldu - YENİLƏNİB

0

Gəncədə avtomobil ticarət mərkəzinə çırpılıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.

 

Gəncə şəhər sakini Musa İmamquliyev idarə etdiyi “Hyunday Sonata” markalı avtomobillə hərəkətdə olarkən əvvəlcə iki piyadanı, şəhər sakinləri 14 yaşlı Ruslan Musayevi və 35 yaşlı Könül Həmzəyevanı vurub. Daha sonra avtomobil  Gəncə Mərkəzi Univermağın birinci mərtəbəsində olan mağazaya çırpılıb. Qəza zamanı avtomobilə və obyektə ciddi ziyan dəyib.

 

Xəsarət alan piyadalar xəstəxanaya çatdırlıb. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

***

 

Gəncədə avtomobil ticarət mərkəzinə çırpılıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.

 

Hərəkətdə olan “Hyundai” markalı avtomobil Gəncə Univermağının divarına çırpılıb. Hadisə şahidlərinin sözlərinə görə qəza zamanı iki nəfər xəsarət alıb və onlar xəstəxanaya aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 410

Oxşar yazılar