<b>Vitse-admiralın vəsatətləri təmin edilmədi</b>
28 sentyabr 2017 15:31 (UTC +04:00)

Vitse-admiralın vəsatətləri təmin edilmədi

 

Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərlərinin apellyasiya şikayəti və prokurorun protesti əsasında məhkəmə başlayıb.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə Ş. Sultanovun vəkilləri prosesin məhkəmə istintaqı ilə aparılması barədə vəsatət veriblər.  Məhkəmə vəsatəti təmin etməyib.

 

Daha sonra Ş.Sultanov Hərbi Prokurorluğun apellyasiya protestinə etiraz edib. O bildirib ki, Hərbi Prokurorluq tərəfindən apellyasiya protestinin verilməsi müddəti bitib:

 

Lakin bu vəsatət də təmin edilməyib.

 

 

Məhkəmənin baxışı oktyabrın 4-nə təyin edilib.

 

 

 

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şahin Sultanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 3 il sınaq müddəti olmaqla şərti hesab olunub. Ş. Sultanov apellyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

 

Digər təqsirləndirilənlər Qalib Hacıyev 2 il sınaq müddəti təyin edilməklə 5 il şərti cəzaya məhkum edilib. Həbsdə olan Kazım Əsgərova da şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Kamandar Paşayev, Vüqar Hacıyev, Əziz Xıdırov da şərti cəzaya məhkum edilərək, həbsdən azad ediliblər.

 

Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 333

Oxşar yazılar