
Maşından 300 kq at əti aşkarlandı
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, növbəti belə tədbir aprelin 9-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Xaçmaz şəhəri ərazisində keçirilib.
Şəhər sakini B.Qanbayevin idarə etdiyi “Opel” markalı avtomobilə baxış zamanı yük yerindən natəmiz vəziyyətdə və sümükdən ayrılmış halda olan, çəkisi 330 kiloqram at əti aşkar edilərək götürülüb.
Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.
Araşdırmalar aparılır.
Oxşar yazılar

Siyəzəndə kütləvi zəhərlənmə
8 avqust 2025 , 11:00
Bakı metrosunda qadının doğduğu köprənin SON DURUMU -YENİLƏNİB
8 avqust 2025 , 09:58
Bakıda FACİƏ: avtobus piyadanı vurub öldürdü
8 avqust 2025 , 09:56
Bakıda DƏHŞƏT: 27 yaşlı oğlan 15-ci mərtəbədən yıxılıb öldü
8 avqust 2025 , 09:33
Bakıda motel yandı -VİDEO
8 avqust 2025 , 09:19
Ağstafada AĞIR QƏZA: yaralılar var
8 avqust 2025 , 09:05
Ermənistan ordusunun hücumları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
7 avqust 2025 , 21:50