
Xaçmazda mənşəyi bilinməyən 150 kq heyvan cəmdəyi tapıldı
Xaçmazda istifadəyə yararsız heyvan cəmdəyi aşkar olunub.
Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Lent.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birgə Xaçmaz rayonunun Armud Padar kəndinin meşə zolağında Köhnə asvalt zavod adlanan əraziyə baxış keçirilib. Baxış zaman həmin sahədə 110 kq sümüklü, 36 kq sümükdən ayırılmış mənşəyi məlum olmayan heyvan cəmdəyi, at başı, ayaqları və digər hissələri aşkar olunub.
İlkin araşdırma zamanı aşkar olunmuş ətin orqonoleptik göstəricilərinə əsasən istifadəyə yararsız olduğu müəyyən edilib. Aşkar olunan mənşəyi məlum olmayan ətlər istehlaka yararsız, sağlamlıq üçün təhlükəli olduğundan Agentlik əməkdaşları tərəfindən utilizasiya olunub.
Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirməkdədir. Vətəndaşlar bu kimi hallarla bağlı məlumatları olduğu təqdirdə Agentliyin “1003 Çağırı mərkəzi”nə məlumat verə bilərlər.
Oxşar yazılar

Daşkəsəndə DƏHŞƏT: qardaş bacısını baltaladı
8 avqust 2025 , 15:05
Lotereya oğrusu TUTULDU
8 avqust 2025 , 13:08
Əlini pəncərədən çıxaran sürücülərə XƏBƏRDARLIQ
8 avqust 2025 , 12:34
Bakıda kişi spirtdən komaya düşüb ÖLDÜ
8 avqust 2025 , 12:10
Baş prokurordan YENİ TƏYİNAT
8 avqust 2025 , 11:48
Siyəzəndə kütləvi zəhərlənmə
8 avqust 2025 , 11:00
Bakı metrosunda qadının doğduğu köprənin SON DURUMU -YENİLƏNİB
8 avqust 2025 , 09:58