"Binə" Ticarət mərkəzində güclü yanğın -Yenilənib
03 fevral 2013 03:00 (UTC +04:00)

"Binə" Ticarət mərkəzində güclü yanğın -Yenilənib

0

 

 

"Binə" Ticarət mərkəzində güclü yanğın -Yenilənib

Fövqəladə Hallar Nazirliyi Qaradağ rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb. APA-nin FHN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan (hər mərtəbəsi 100 kv.m) şüşə-alkopan konstruksiyalardan ibarət paltar satışı mağazasının yanar konstruksiyaları, içərisindəki mallar və yaxınlıqda dayanmış "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi, "QAZEL" markalı yük avtomobilinin banı, "FORD" markalı mikroavtobusun mühərrik hissəsi yanıb. Yanğın zamanı yüksək temperaturdan yaxınlıqdakı digər mağazanın şüşələri partlayıb.

 

Bitişik obyektlər yanğından mühafizə olunub.

 

Yanğın saat 00:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

00.54

"Binə" Ticarət mərkəzində böyük mağaza yanır.  Hadisə şahidlərinin APA-ya verdikləri məlumata görə, "Binə" Ticarət mərkəzində “Dağıstan Bazarı” adlanan 80 kv.m iki mərtəbəli mağaza yanır.

 

Hadisə yerinə 8 yanğınsöndürən maşın cəlb edilib.

 

Hadisənin  baş vermə səbəbi bilinmir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3622

Oxşar yazılar