"Yeni Müsavat" qəzeti sabahdan çapını dayandırır
08 noyabr 2013 15:41 (UTC +04:00)

"Yeni Müsavat" qəzeti sabahdan çapını dayandırır

0

"Yeni Müsavat" qəzeti sabahdan etibarən çapını dayandırır. Qəzetdən APA-ya verilən xəbərə görə, bu barədə qəzet rəhbərliyi bu gün qərar qəbul edib.


 

Məlumata görə, qəzetin  çapını bir neçə günlüyə dayandırmasına səbəb satışa yaradılmış maneələr və bununla əlaqədar yaranmış maliyyə böhranıdır: “Qəzet həftədə yeddi gün, bayram və tətil günlərində də həmişə çap olunub. İndi isə maliyyə böhranı yaşanıb və qarşıdakı günlərdə qəzetin çap olunmayacaq”.

 

Noyabrın 10-da 24 yaşını qeyd edəcək "Yeni Müsavat"ın rəhbərliyi bu addımının zərurət üzündən atıldığını bəyan edib: “Bununla ölkə vətəndaşlarının, hakimiyyətin, beynəlxalq ictimaiyyətin diqqətini yaranmış problemin ciddiliyinə cəlb etmək istəyirik”.

 

"Yeni Müsavat"ın çap versiyasının nə vaxt bərpa olunacağı barədə məlumat verilməyib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4717

Oxşar yazılar