Həbsxanaya qadağan olmuş əşya keçirilməsinin qarşısı alınıb. Ədliyyə Nazirliyinin Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, hadisə 3 saylı İstintaq təcridxanasında baş verib.
Xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178.2.3 maddəsinə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda CM-nin 126.3 maddəsinə əsasən həbs edilmiş məhkum Vüqar Şahismayıl oğlu Əmrahovun yanına qəsamüddətli görüşə gəlmiş anası, Bakı şəhər sakini Şəfiyə Süleyman qızı Əmrahovanın üzərinə və əşyalarına baxış keçirilən zaman, əynində olan pencəyin cibindən içərisində “Sim” və “Nar” danışıq kartları olan 1 ədəd “Samsung Duos” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.