Hacıqabul rayonunda ailə faciəsi baş verib. Rayon prokurorluğundan APA TV-yə verilən məlumata görə, hadisə Hacıqabulun Kolanı kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Əlisahib Əliabbas oğlu Dəmirov həyat yoldaşı, 1964-cü il təvəllüdlü Kafiyə Nüsrət qızı İsmayılovanı ov tüfəngi ilə güllələyib. Əlisahib Dəmirov daha sonra silahla özünü vurub. Onların hər ikisi aldıqları güllə yarasından keçinib.
Hər iki şəxsin meyiti Şirvan şəhər məhkəmə tibbi ekspertiza və patoloji anatomiya mərkəzinə təhvil verilib. Mərkəzdən verilən məlumata görə, hər iki meyitdə ürək nahiyəsinin və daxili orqanların güllə yarası qeydə alınıb. Qətlin motivi hələlik məlum deyil.
Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.