AYB-in Gəncə bölməsinin sədri vəfat etdi
29 avqust 2014 10:26 (UTC +04:00)

AYB-in Gəncə bölməsinin sədri vəfat etdi

Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri vəfat edib. Bu barədə Lent.az-a AYB-in mətbuat xidməti Xəyal Rza məlumat verib. Onun sözlərinə görə, Məmməd Alim qəflətən dünyasını dəyişib.

 

Qeyd edək ki, Məmməd Alim 1949-cu ildə Goranboyun Xınalı kəndində dünyaya gəlib. Gəncə Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. 1981-ci ildən AYB-in, 1975-ci ildən isə Azərbaycan Jurnalistləri Birliyinin üzvüdür.  Prezident təqaüdçüsü, əməkdar incəsənət xadimi olub.

 

Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1028

Oxşar yazılar