Azərbaycanda bu gün
06 fevral 2013 08:00 (UTC +04:00)

Azərbaycanda bu gün

0

6 fevral

 

1918. Zaqafqaziya Komissarlığı Qafqaz cəbhəsi komandanı Vahid paşaya teleqram vuraraq İstanbulla danışıq aparmaq istədiyini bəyan edib. Bir neçə gün sonra isə Zaqafqaziya Komissarlığı buraxılıb

 

1923. Azərbaycan Kommunist Partiyası “Uşaq baxımsızlığına qarşı mübarizə həftəsi” elan edib. Həftə 12 fevralda başlayıb

 

1924. Aktrisa Firəngiz Şərifova anadan olub

 

1927. Kinorejissor Lütfi Məmmədbəyov anadan olub

 

1938. Aktyor Rafiq Əzimov anadan olub

 

1960. Əli Kərimov Azərbaycan SSR daxili işlər naziri vəzifəsindən azad edilib

 

1992. Azərbaycan Respublikası Ukrayna ilə diplomatik əlaqələr qurub

 

2006. Prezident İlham Əliyevin  sərəncamı ilə Kəmaləddin Heydərov Fövqəladə hallar naziri, Aydın Əliyev isə Dövlət Gömrük komitəsinin sədri təyin edilib

 

2006. Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb

 

2009. Azərbaycan prezidenti İlham Əliyev Hindistan, Benin respublikası, Vyetnam, Estoniya, Anqola, Yəmən, Nigeriya, Cənubi Afrika, Zimbabve və Şri-Lanka səfirlərinin etimadnamələrini qəbul edib

 

2009. “2009-2018-ci illərdə Azərbaycan Respublikası kurortlarının inkişafı Proqramı” qəbul edilib

 

2012. Azərbaycanın keçmiş təhsil naziri Lidiya Rəsulova vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 806

Oxşar yazılar