Tüfəng, balta və bıçaqdan istifadə edilib
Avqustun 20-də Cəlilabad rayonunda kütləvi dava olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Göytəpə şəhərinin ərazisində şəhər sakinləri Əhliman Dadaşov, onun qardaşı Telman, Baba Əhmədov və onun oğlu Siyasət münaqişə zəminində ov tüfəngi, balta və bıçaqla biri-birilərinə xəsarətlər yetiriblər.
Faktla əlaqədar araşdırmalar aparılır.