Azərbaycanda qırğın kimi gecə: 15 ölü, 33 yaralı
17 sentyabr 2013 11:34 (UTC +04:00)

Azərbaycanda qırğın kimi gecə: 15 ölü, 33 yaralı

Son sutka ərzində Azərbaycanda baş vermiş yol qəzaları nəticəsində rekord sayda – 15 nəfər həlak olub. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin Lent.az-a verdiyi məlumata görə, baş vermiş 14 yol-nəqliyyat hadisə səbəbindən daha 33 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Bakı-Quba magistralında, Sumqayıt şəhərində 3 avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, daha 5 insan isə yaralanıb. Bundan başqa Quba və Sumqayıtda baş vermiş digər iki hadisənin hər birində 2 nəfər həlak olub. Qaradağ, Göyçay, Şəmkir rayonlarında da ölümlə nəticələnən yol qəzaları baş verib.

 

Dünən Bakıda 5 yol qəzası olub və 6 nəfər yaralanıb. Hadisələrin 4-də piyadalar vurulub. Digər hadisə isə Xəzər rayonunda iki avtomobilin toqquşması nəticəsində baş verib və 2 nəfər xəsartə alıb.

 

Kamran Əliyev bildirib ki, hadisələrin əksəriyyəti sürət həddinin aşılması nəticəsində baş verir: “Sürücülər heç olmasa bu rəqəmlərdən nəticə çıxarsın. Yüksək sürət bir məqam olur ki, qəzaya gətirib çıxarır və həmin an artıq gec olur”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7766

Oxşar yazılar

Zaur Məhərrəmov 87 yaşında vəfat etdi

Zaur Məhərrəmov 87 yaşında vəfat etdi

24 avqust 2025 , 01:32
Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

23 avqust 2025 , 23:03
Beyləqan sakini ot tayasından  yıxılıb öldü

Beyləqan sakini ot tayasından yıxılıb öldü

23 avqust 2025 , 22:11
Gəncədə DƏHŞƏT:  oğul 60 yaşlı atasını bıçaqladı

Gəncədə DƏHŞƏT: oğul 60 yaşlı atasını bıçaqladı

23 avqust 2025 , 21:35
Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35