Bakıda 4 gün əvvəl törədilən qətlin üstü açıldı
02 dekabr 2013 10:25 (UTC +04:00)

Bakıda 4 gün əvvəl törədilən qətlin üstü açıldı

0

Bakıda 4 gün əvvəl törədilən qətlin üstü açıldı

 

 

Bakıda törədilən qətlin üstü açılıb.


 

Səbail Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Nəsirov küçəsində əvvəllər məhkum olunmuş, 1961-ci il təvəllüdlü Nəriman Həsən oğlu Cabbarovu döyərək qətlə yetirmiş şəxsin kimliyi müəyyənləşib.

 

Məlum olub ki, N. Cabbarov tüfeyli həyat tərzi keçirən, əvvəllər məhkum olunmuş, 1970-ci il təvəllüdlü İlqar Hüseynov tərəfindən döyülərək qətlə yetirilib.

 

Hadisəni törədən İ. Hüseynov tutulub.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma , zərərçəkmişin şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

 

Qeyd edək ki, noyabrın 29-da Səbail rayon ərazisindən döyülmə ilə Klinik Tibbi Mərkəzə yerləşdirilən H. Cabbarov aldığı xəsarətdən xəstəxanada vəfat edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1502

Oxşar yazılar