Bakıda “Toyota Prado” qəzaya uğradı: bir ailədən 3 yaralı
06 iyun 2013 17:41 (UTC +04:00)

Bakıda “Toyota Prado” qəzaya uğradı: bir ailədən 3 yaralı

Bakı şəhərinin Səbail rayonu ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Azadlıq prospekti 1 ünvanının qarşısında Yasamal rayon sakini, 1977-ci il təvəllüdlü Səfərov Fəxri Fəxrəddin oğlunun idarə etdiyi “Toyota Prado” markalı avtomobil, Xətai rayon sakini, 1982-ci il təvəllüdlü Qarayev Tuncay Etibar oğlunun sürdüyü “Mercedes”lə toqquşub. Nəticədə “Prado”da olan sərnişinlər, sürücünün anası,  57 yaşlı Elza, həyat yoldaşı 31 yaşlı Ofeliya və qızı 6 yaşlı Güllü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar “Medi Club” xəstəxanasına yerləşdiriliblər.

 

Faktla əlaqədar Səbail RPİ-də araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1351

Oxşar yazılar