Bakıda aralarında qadın da olan narkobanda zərərsizləşdirilib
02 fevral 2013 12:09 (UTC +04:00)

Bakıda aralarında qadın da olan narkobanda zərərsizləşdirilib

0

Bakıda bir qrup narkotik alverçisi yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sabunçu RPİ CAŞ və NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri - Ramilə Bağırova, Habil Babayev və Azər Bağırov 0,381 qram heroini satmaq istəyərkən yaxalanıb. Üzərilərinə baxış keçirilərkən R.Bağırovadan 0,369 qram, H.Babayevdən 2,098 qram və A.Bağırovdan 2,158 qram heroin aşkar olunaraq götürülüb. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində heroini Ramilə Bağırovaya narkotik maddə satan Bakı şəhər sakinləri - Ramal Hüseynov, İradə Ağayeva və Məmmədağa Səfərov fevralın 1-də Sabunçu RPİ NMB-nin əməkdaşları tərəfindən yaxalanıb. Onların üzərinə baxış keçirilərkən İradə Ağayevadan 26 qramdan artıq, M.Səfərovdan isə 10 qrama yaxın heroin aşkar edilmişdir.

 

 

Araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 919

Oxşar yazılar