Bakıda arvadı ilə dalaşan kişi polisin maşınını dağıtdı – TƏFƏRRÜAT
13 avqust 2013 14:26 (UTC +04:00)

Bakıda arvadı ilə dalaşan kişi polisin maşınını dağıtdı – TƏFƏRRÜAT

Avqustun 13-nə keçən gecə, saat 23 radələrində Bakı şəhərinin Nərimanov rayonu ərazisində vətəndaşla polis arasında insident baş verib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Qayıbov küçəsi 20/90 ünvanının sakinləri 102 xidmətinə müraciət ediblər. Bina sakinləri bildiriblər ki, qonşuluqda yaşayan və faktiki ər-arvad münasibətində olan Paşayeva Aybəniz Əli qızı ilə Fərəcov Xəqani Manaf qızı arasında münaqişə yaranıb. Qonşuluqda yaşayanların narahatlığının pozulması azmış kimi, dava zamanı A.Paşayevin də həyatına təhlükə yaranıb.

 

Dərhal əraziyə polis naryadları göndərilib. Nərimanov RPİ, 17-ci PB-nın növbəti hissəsinə məxsus “Fiat Dablo” markalı avtomobillə əraziyə gələn polis leytenantı Fərid Babayev, əməliyyat müvəkkili Məhəmməd Əliyev və sürücü-polis nəfəri Məhərrəm Məhərrəmov həqiqətən də X.Fərəcovun qeyri-rəsmi nikahda yaşadığı qadını döydüyünü, ona xəsarətlər yetirdiyini müəyyən ediblər. Onlar X.Fərəcovu məsələnin araşdırılması üçün 17-ci Polis Bölməsinə dəvət ediblər ə bu məqsədlə polis avtomobilinə əyləşdirmək istəyiblər. Lakin X.Fərəcov itaətsizlik göstərib. O, polislərə bir neçə iri daş atıb, daha sonra isə mişar daşı ilə polisə məxsus avtomobilin şüşələrini sındırıb.

 

Hakimiyyət nümayəndəsinin həyat və sağlamlığı üçün təhlükəli hərəkətlər etmiş şəxs barəsində Nərimanov rayon Prokurorluğunda araşdırmalar başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3869

Oxşar yazılar

Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35
Hamilə olduğunu doğuş zamanı  öyrəndi

Hamilə olduğunu doğuş zamanı öyrəndi

23 avqust 2025 , 15:47
Ata-ana körpəni aclıqdan öldürdülər

Ata-ana körpəni aclıqdan öldürdülər

23 avqust 2025 , 15:28
Bakıda evin pəncərəsini qırıb  külli miqdarda pul apardılar

Bakıda evin pəncərəsini qırıb külli miqdarda pul apardılar

23 avqust 2025 , 13:55
Tərtərdə 3 nəfər  yol qəzasında yaralandı

Tərtərdə 3 nəfər yol qəzasında yaralandı

23 avqust 2025 , 12:10